AZ

MÜHARİBƏYƏ DAVAM: "İsrail Rəfaha girməyə hazırlaşır"

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin "məhdud əməliyyat çərçivəsində" boşaldılmağa başladığını açıqlayıb.

News24.az xəbər verir ki, Rəfahın boşaldılmasının nə vaxt başa çatacağına dair cədvəl verməyən ordu əməliyyat çərçivəsində qiymətləndirmənin aparılacağını bildirib.

“Məhdud miqyasda” təxliyədə 100 min insanın Rəfahdan daşınmasının lazım olacağı düşünülür.

Qeyd edək ki, Beynəlxalq reaksiyalara baxmayaraq, İsrail ordusu 1,5 milyon fələstinlinin sığınacağı olan Rəfaha qarşı əməliyyat hazırlığını başa çatdırdığını açıqlayıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla