AZ

Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb

Cəlilabadda 18 yaşlı oğlan 8 gündür itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
22
Mənbələr
Şərh ()
Bağla