AZ

Rəfaha zərbələr endirilib, şəhərdə 11 bina yerlə yeksan olub

İsrail hərbi hava qüvvələri bu gecə Rəfah şəhərinə zərbələr endirilib, şəhərdə 11 bina yerlə yeksan olub.

Bu barədə “Əl-Cəzirə” telekanalının yaydığı məlumatda deyilir. Qeyd edilir ki, Rəfaha hücum nəticəsində azı 21 nəfər həlak olub, çoxlu sayda yaralılar var. Hazırda dağıdılan binalar altında qalanların xilas edilməsi davam edir. Ölənlərin və yaralananların saylarının artacağı istisna edilmir.

Xatırladaq ki, Fələstində günahsiz dinc insanların qanlarının axıdılmasına səbəb İranın idarə etdiyi və nəzarəti altında olan HƏMAS terrorçu qruplaşmalarının ötən ilin oktyabr ayının 7-də Tehrandan aldıqları birbaşa göstəriş əsasında İsrailin sərhədyanı ərazilərinə soxularaq 240 nəfərdən artıq dinc sakini öldürməsindən və çoxlu sayda insanı girov götürməsindən sonra baş verib. Bu gün Fələstində dinc insanların qanlarının axıdılmasının günahkarı İranın faşist, terrorçu rejimi və onun kuklası HƏMAS-dır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla