AZ

Dünya kuboku: 5 atıcımızdan erkən vida

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda qadınların 25 m məsafədən tapança ilə atəş açma yarışında təsnifat mərhələsinə yekun vurulub.

69 snayper final mərhələsinə 8 vəsiqənin sahibini müəyyənləşdirib.

Azərbaycan millisinin 5 atıcısı mübarizəni dayandırıb. Ən yaxşı təmsilçimiz Xanna Əliyeva 574 xalla 36-cı olub. Zeynəb Sultanova 52-ci (571 xal), Həqiqət Atayeva 54-cü (569 xal), Nigar Nəsirova 60-cı (565 xal), Leyli Əliyeva 66-cı (549 xal) yeri tutub.

Qeyd edək ki, bu növdə final mərhələsi sabah baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
Mənbələr
Şərh ()
Bağla