AZ

Dünya kuboku: 5 atıcımızdan erkən vida

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda qadınların 25 m məsafədən tapança ilə atəş açma yarışında təsnifat mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, 69 snayper final mərhələsinə 8 vəsiqənin sahibini müəyyənləşdirib.

Azərbaycan millisinin 5 atıcısı mübarizəni dayandırıb. Ən yaxşı təmsilçimiz Xanna Əliyeva 574 xalla 36-cı olub. Zeynəb Sultanova 52-ci (571 xal), Həqiqət Atayeva 54-cü (569 xal), Nigar Nəsirova 60-cı (565 xal), Leyli Əliyeva 66-cı (549 xal) yeri tutub.

Qeyd edək ki, bu növdə final mərhələsi sabah baş tutacaq.

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
Mənbələr
Şərh ()
Bağla