AZ

Delimitasiya prosesi Rusiyanın maraqlarına əksdir

Rusiya mediası, o cümlədən Kremlin nəzarətindəki saytlar və agentliklər Ermənistanın radikal müxalifətinə gen-bol informasiya dəstəyi verirlər. Bu media radikalların baş nazir Nikol Paşinyanı devirmək çağırışlarını və sərhəddəki insidentləri geniş şəkildə işıqlandırır və müxalifət nümayəndələrinin açıqlama və bəyanatlarını yayırlar. Bunu belə başa düşmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir. Lakin bununla belə həmdə qərbin aksiyaları dəstəklədiyi deyilir.
Sərhədlərin delimitasiyasıyla bağlı proses konstruktiv mərhələyə qədəm qoyduqdan sonra Qərbdən pozitiv bəyanatların şahidi olduq. İstər Aİ, istərsə də ABŞ rəsmiləri vəziyyətin normallaşmasını təqdirəlayiq proses kimi qiymətləndirdilər. Lakin məhz həmin razılaşmadan sonra Ermənistanda müxalif dairələrin aktivliyinin şahidi ola bilirik. Xüsusən kilsə hakimiyyətinin, diasporanın kurasiyasında olan etiraz dağlasının Moskvadan direktivlər aldığı aydındır. Məlumdur ki, Fransa kimi destruktiv güclər istisna olmaqla, Qərbin bölgə ilə bağlı özünəxas maraqları var. Daha çox Ermənistanın maraqları yönündən proseslərə müdaxilə etməyə çalışsa da, nəticə etibarıyla sülhün bərqərar olmasından yanadır. Çünki, Cənubi Qafqaz kimi önəmli geostrateji mövqedə yerləşən bir bölgədə sabitliyin mövcud olması Qərbin dı marağında olan ciddi iqtisadi layihələri işləkliyinə təminat verə bilər. Son nailiyyətlərimiz də bir daha müvafiq cinaha göstərmiş oldu ki, Bakı haqlı maraqlarından heç vaxt ödünç verməyəcək. Odur ki, əldə etdiklərimizi və uğrunda mübarizə apardığımız hədəfləri qəbullanmaqdan başqa yolları yoxdur. Rusiya üçün bu prinsiplər keçərli deyil. Moskva Cənubi Qafqazda dayaqlarının varlığını Azərbaycanla Ermənistan arasında problemlərə borcludur. Kəndlərin tamamilə qaytarılması ilə bu dayaqların birmənalı məhvinə gətirib çıxaracaq. Odur ki, Kreml kommunikasiya məsələlərində razılıqdan yana olsa da, kəndlərlə bağlı eyni konstruktivliyi göstərməyə meyilli deyil.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla