AZ

FİF Qərb klublarını Gəncəyə topladı

Futbolun İnkişaf Fondunun (FİF) təşkilatçılığı ilə “Kəpəz” Futbol Akademiyasında strateji inkişaf seminarı keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk dəfə regionda təşkil edilən tədbirdə “Kəpəz”, “Turan Tovuz”, “Mingəçevir”, “Karvan”, “Göygöl”, “Ağdaş” və “Şəmkir” futbol klublarının nümayəndələri iştirak edib.

Fond 2024-cü ildə hazırki əməkdaşlıqları qorumaqla Premyer Liqa, I Liqa və II Liqada mübarizə aparan bütün region təmsilçilərinə dəstək göstərməyi qarşısına məqsəd qoyub. Bununla əlaqədar klublar regionlar üzrə dörd qrupa bölünüb və qarşıdakı illər ərzində onlara strateji planlama, marketinq-kommunikasiya və gəlirlər sahələri üzrə dəstək göstəriləcək.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla