AZ

Müharibə veteranları hansı vergilərdən azaddır?

Müharibə veteranı statusu almış şəxslər hansı vergilərdən azaddır?

Valyuta.az bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir: 

“Müharibə veteranı statusu almış şəxslərin aylıq əmək haqqısının 400 manata qədər hissəsi gəlir vergisindən azaddır. Yəni, həmin şəxs 500 manat əmək haqqı alırsa, onun 400 manatı çıxılır, 100 manat hissəsi vergiyə cəlb olunur. 

Müharibə veteranı statusu almış şəxs əmlak vergisindən 30 manat azad edilir. Yəni, həmin şəxsin mülkiyyətində mənzil varsa, mənzil görə ödəməli olduğu əmlak vergisindən 30 manat çıxılır. 

Bundan başqa, müharibə veteranı statusu almış şəxsin mülkiyyətində torpaq sahəsi varsa, torpaq sahəsinə görə ödəməli olduğu torpaq vergisindən 10 manat azaldılır. 

Qeyd edək ki, müharibə veteranı statusu almış şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirə görə, Vergi Məcəlləsində hər hansısa güzəşt və ya azadolunma nəzərdə tutulmayıb”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla