AZ

Alman şirkəti Ukraynaya yüz minlərlə mərmi göndərəcək

Almaniyanın “Rheinmetall” müdafiə konserni bu il Ukraynaya yüz minlərlə mərmi tədarük edəcək. Konsernin rəhbəri Armin Papperqer deyib ki, artilleriya və onun sursatları müasir müharibənin əsas halqasıdır.

Herbiand.az bildirirb ki, bu barədə Handelsblatt qəzeti yazıb.

Onun sözlərinə görə, Rusiya külli miqdarda artilleriya sursatları istehsal edir. Ukrayna isə mərmi çatışmazlığı səbəbindən buna ancaq məhdud dərəcədə cavab verə bilər.

“Rheinmetall” rəhbəri qeyd edib ki, Avropa və ABŞ-da son illər artilleriya sursatlarının istehsal gücü azalır: “Qərb dünyası adi müharibəyə hazır deyil. Artilleriya oyun qaydalarını dəyişdirir”.

Papperqer söz verib ki, onlar bu il Ukraynanı yüz minlərlə mərmi ilə təmin edəcəklər. Onların arasında 100 km məsafəyə malik artilleriya mərmilərinin prototipləri də olacaq.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla