AZ

“Rusiyanın planı budur ki, Azərbaycanla sərhəddə...” – Tomas de Vaal

Ruslar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində yer almaq istəyir. Rusiya sərhədçilərini Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu britaniyalı analitik Tomas de Vaal deyib.

“Ruslar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin bir hissəsi olmaq istəyirlər. Xarici işlər naziri Lavrov söyləmişdi ki, bununla bağlı ən yaxşı xəritələr onlardadır, buna görə də xəttin haradan keçdiyinə qərar vermək üçün Moskvaya müraciət etmək olar.

Orada gündəm budur ki, Rusiya sərhədçilərini Ermənistan-Azərbaycan sərhədində yerləşdirmək istəyir. İndi Ermənistanın Türkiyə və İranla sərhədində rus sərhədçiləri dayanır. İndi sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində də olmasını istəyirlər”, - Tomas de Vaal bildirib.

Analitikin fikrincə, Bakı və İrəvanın ortaq cəhəti budur ki, hər ikisi sərhəddə rus sərhədçilərinin olmasını istəmir.

“Hesab edirəm ki, dörd kəndin (Azərbaycan) qaytarılması Rusiyanı geri itələmək cəhdinin tərkib hissəsi kimi qiymətləndirilməlidir”, - de Vaal qeyd edib.

Britaniyalı ekspert vurğulayıb ki, təhvil verilən dörd kənd Azərbaycana məxsusdur: “İstənilən xəritə ilə bu kəndlər Sovet Azərbaycanının tərkibində olub və Sovet Azərbaycanına məxsus olub. Bu illər ərzində onlar boş qalıb”.

Tomas de Vaal Bakının həm diplomatik masa, həm də hərbi meydanda üstün tərəf olduğunu da bildirib: “Oyun kartları Azərbaycanın əlindədir”.

Britaniyalı analitik bu fikirləri ABŞ-nin “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində səsləndirib. Tomas de Vaal bunlarla yanaşı, Azərbaycan əleyhinə cəfəng iddialara da yer verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla