AZ

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

Bakı, 6 may, AZƏRTAC

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Urbanda görüşərik” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 132-ci ildönümünə həsr olunan “Qiraət axşamı” keçirib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizi ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının müəllimi Vüsal Hicran çıxış edərək Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Gecədə qiraətçilərdən İmamverdi Vəliyev, Lalə Həsəncan, Xalidə Nəbiyeva və Məhəmməd Hacıyevin səsləndirdiyi şeirlər maraqla qarşılanıb.

Sonda Xalq artisti Sevinc İbrahimova “Çırpınırdı Qara dəniz” və Əməkdar artist Tural Abdullayev “Şükriyyə” əsərlərini ifa edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla