AZ

"Xəzər Lənkrran"ın yetirməsi daha 4 il "Qarabağ"da

"Qarabağ" Nəriman Axundzadə ilə müqaviləsini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.

N.Axundzadə "Xəzər Lənkrran"ın yetirməsidir. O, 2013-2022-ci illərdə Ağdam təmsilçisinin əvəzedicilərdən ibarət komandasında oynayıb.

Nəriman 2022-ci ildən "Qarabağ"ın əsas komandasının üzvüdür. O, bu mövsüm 43 matçda meydana çıxıb, 15 qol vurub və 1 qolun ötürməsini verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
49
Mənbələr
Şərh ()
Bağla