AZ

Kartof bahalaşacaq? - “O qədər gübrə vurublar ki...”

Hər il fevral ayına qədər örtükaltı və açıq ərazidə 6 min hektara yaxın əkin aparılan kartof sahələri bu il təxminən 3 min hektara endirilib.

Fermerlərin sözlərinə görə, buna səbəb istehsalçıların son illər məhsulun tədarükü ilə bağlı qarşılaşdığı problemlərdir. 

Belə ki, ötən il məhsul 20-25 qəpiyə satılıb. 

Bu qiymətdə çəkilən xərcləri ödəmir. Eyni zamanda fermerlər ötən il daşınma xərci baha olduğu üçün Rusiya bazarlarına da məhsul göndərə bilmədiklərini deyirlər. 

Qeyd edək ki, ötən il rayon ərazisində 160 min ton məhsul istehsal olunub. 

Hazırki vəziyyət kartofun qiymətinə necə təsir edəcək? 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlmasında bildirib ki, Cəlilabadda kartof istehsalında müəyyən nöqsanlar var: 

“Cəlilabadda kartofun istehsalı zamanı azot gübrəsindən çox istifadə edilir. Buna səbəb kartofu tez yetişdirib becərməkdir. Ancaq kartofun tərkibində azot gübrəsindən istifadə edildikdə müəyyən porblemlər yaranır. Əsas problemlərdən biri kartofun anbarlarda saxlanılmasında və satış üçüb daşımasında yaranır. Azotdan çox istifadə edilən kartofu bir neçə həftədən artıq saxlamaq olmur, xarab olub yararsız hala düşür. Daxili bazarda bu kartofu satmaq olmur”. 

Ekspert vurğulayıb ki, yerli fermerlər sağlam kartof istehsalını öyrənməlidir:

“Kartof istehsal edən fermerlər, xüsusən də Cəlilabad fermerləri düzgün qaydada kartof istehsalını öyrənməlidirlər. Əks halda istehsal etdikləri məhsulları nə daxili bazarda sata, nədə ixrac edə biləcəklər”. 

Ekspert qeyd edib ki, kartofun qiyməti artmayacaq:

“Kartof dünyada ən ucuz tərəvəz məhsullarından biridir. Daxili bazarda kartof istehsalı azalsa, hətta dayansa belə, ölkəmizə xaricdən kifayət qədər çox kartof gətirilir. O baxımdan kartofun qiymətinin artmasını gözlənilmir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla