AZ

“Qərb qoşunlarını Ukraynaya göndərsə, Kiyev minnətdar olacaq” – Denis Şmıqal


“Qərb ölkələri öz qoşunlarını Ukraynaya göndərmək qərarına gəlsə, Kiyev onlara minnətdar olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CBS telekanalına müsahibəsində Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
“Bu baş versə, biz çox minnətdar olacağıq və çox xoşbəxt olacağıq”, - deyə Baş nazir bununla bağlı suala cavab verərkən bildirib.
Şmıqal, həmçinin Kiyevin silaha ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Britaniyanın “The Economist” jurnalına verdiyi müsahibədə Rusiya qoşunları cəbhə xəttini yararsa və Kiyevdən müraciət olarsə, Ukraynaya qoşun göndərilməsinin nəzərdən keçiriləcəyini bildirmişdi. Makron həmçinin bildirmişdi ki, bir çox ölkələr Parisin yanaşmasını başa düşür və bu məsələdə onun mövqeyi ilə razılaşır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Makronun bu açıqlamalarını şərh edərək, çox təhlükəli adlandırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla