AZ

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

“Orlando Mecik”lə seriyanın son iki oyununda Donovan Mitçell 89 xal toplayıb. Bununla da, “Klivlend Kavalers”in lideri MBA tarixinin ikinci nəticəsini göstərib.

6-cı oyunda 50 xal toplayan Mitçel, dünən də 39 xal yığa bilib. Bununla da, “Klivlend Kavalers” seriyanı qələbə ilə tamamlayıb.

MBA tarixində son iki oyunda ən çox xal yığan basketbolçu Allen Ayversondur. O, 2001-ci ildə “Filadelfiya Siksers”in heyətində 6 və 7-ci oyunlarda ümumilikdə 90 xal toplamışdı. Bu hadisə konfrans finalında baş vermişdi. 1988-ci ildə isə “Atlanta Houks”un snayperi Dominik Vilkins “Boston Seltiks”lə seriyanın son iki oyununda 82 xal toplamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla