AZ

Dövlət Komitəsi yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkilinə münasibət bildirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 5 may 2024-cü il tarixdə daxil olmuş məlumatda Xaçmaz rayon sakini 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkil edilməsi öz əksini tapıb.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva deyib. O bildirib ki, məsələ dərhal nəzarətə götürülüb, Xaçmaz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi məktubla müraciət edilib, işçi qaydada danışıqlar aparılıb.

"Yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi məqsədilə hər iki ailə ilə məsələ ətrafında profilkatik söhbətlər aparılıb, erkən nikahın yaradacağı fəsadlar və hüquqi məsuliyyəti barədə hər iki ailə məlumatlandırılıb. Eyni zamanda, məsələ hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb" - deyə Komitə rəsmisi bildirib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.

Xatırladaq ki, sosial şəbəkə platformalarında Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
2
Mənbələr
Şərh ()
Bağla