AZ

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Netanyahu ilə görüşəcək

Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi danışıqları davam etdirmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

APA “The Times Of İsrael” istinadən xəbər verir ki, görüş Qüdsdə baş tutacaq.

Qeyd edək ki, Börns Qətərin Baş naziri ilə danışıqlar aparmaq üçün dünən Qahirədən Dohaya yola düşüb və bu gün İsraildədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
Mənbələr
Şərh ()
Bağla