AZ

Mərkəzi Bankın sədri bankların rəhbərlərilə görüşdü

Mərkəzi Bankın sədri Taleh Kazımov və Mərkəzi Bankın digər rəhbər şəxsləri Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.

Marja.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsindəki səhifəsində Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, görüşdə cari ilin ilk rübünün nəticələrini və sektorun gündəmində olan mühüm məsələləri nəzərdən keçirilib.

Həmçinin makroiqtisadi amillər, banklararası bazarda və ümumilikdə sektorda mövcud olan meyillər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla