AZ

Putin nüvə silahı ilə bağlı TAPŞIRIQ VERDİ: “Yaxın vaxtlarda...”

Putin Rusiya Müdafiə Nazirliyinə nüvə silahı ilə bağlı mühüm göstəriş verib.

 

Sfera.az bildirir ki, ölkə başçısının tapşırığına əsasən, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı yaxın vaxtlarda Cənub Hərbi Dairəsinin raket birləşmələrinin və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə hərbi təlimlərə hazırlığa başlayacaq. Məlumata görə, təlimlər zamanı nüvə silahından istifadə üzrə hərəkətlər məşq ediləcək.

 

“Bu təlimlər çərçivəsində taktiki nüvə silahının hazırlanması və istifadəsi ilə bağlı məsələlərin praktiki sınaqlarına yönəldilmiş bütün tədbirlər kompleksi nəzərdə tutulub”, - Rusiya Müdafiə Nazirliyi əlavə edib.

 

Qurum bildirib ki, təlim Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab verməyə hazırlığı saxlamaq məqsədi daşıyır.

 

“Həmçinin bu hərbi manevrlər ərazi bütövlüyünü təmin etmək üçün müvafiq prosedurları hazırlamaq üçün nəzərdə tutulub”, - məlumatda bildirilib.

 

Günay

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
14
Mənbələr
Şərh ()
Bağla