AZ

Polşa hökumətində dəyişiklik olacaq

Polşanın ali dairələrində növbəti dəyişikliyin olacağı gözlənilir. Belə ki, daxili işlər və administrasiya naziri Marçin Kervinski yaxın bir neçə gündə tutduğu vəzifəsindən istefa verəcəyini bəyan edib.

O, Polşa mətbuatına verdiyi açıqlamada istefasına səbəb kimi gələn ayın 9-da Avropa parlamentinə keçiriləcək növbəti seçkilərdə namizəd kimi iştirak etməyə hazırlaşmasını, həmçinin şəxsi məsələlərini göstərib.

Xatırladaq ki, müxalifətdən parlamentə seçilən Marçin Kervinski 2023-cü ildən daxili işlər və administrasiya naziri vəzifəsini həyata keçirlr.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla