AZ

Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 80-ə yaxınlaşır

Səlahiyyətlilər Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayının 78-ə çatdığını təsdiqləyib. Bu barədə G1 portalı ölkənin cənubunda Argentina ilə sərhəddə yerləşən Rio Qrande-du-Sul əyalətinin Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. və Uruqvayda iğtişaşlar nəticəsində qurbanların sayı 175-ə yüksəldi.

QHT.az xəbər verir ki, 105 nəfər itkin düşüb. 844 mindən çox sakin yağış və qasırğadan, 341 bələdiyyə isə təbii fəlakətdən zərər çəkib. Rio Grande do Sul hələ də güclü yağış səbəbindən potensial təhlükə xəbərdarlığı altındadır. Telekanal qeyd edir ki, ştatın paytaxtı Porto Aleqre və paytaxt regionunda vəziyyət kritikdir. Bazar günü səhər saatlarında Quaiba çayının səviyyəsi 5,33 metrə çatıb ki, bu da səlahiyyətlilərin dediyinə görə, tarixdə qeydə alınan ən yüksək səviyyədir.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla