AZ

Tramp yenidən ABŞ-ın prezidenti olur? -  İngilis Politoloq AÇIQLAYIR

 

“Tramp başına gələn bu qədər qalmaqaldan sonra hələ də namizədlər arasında güclü bir mövqedədir”.

Bu sözləri ingilis politoloq Robert Thomas Ednews-a açıqlamasında bildirib. 

Daha sonra o, qeyd edib ki, ümumiyyətlə? məsələyə seçki anketləri və konqresmenlər tərəfdən yanaşmaya da bilərik:

“Unutmamaq lazımdır ki, ABŞ siyasəti və iqtidara gəlmə prosessləri bundan daha kompleks işləyir. Tramp amerikan xalqında (həmçinin, dünyada) yaratdığı spesifik bir obraz var. Əvvəlki prezidentlər kimi məsələlərə siyasi cidiyyətlə yox, amerikan kapitalisti kimi yanaşması onun amerikan xalqına daha səmimi görünməsinə səbəb oldu. Ancaq onun pandemiya siyasəti və ABŞ-n bu krizisə hazır olmaması onun hökumətinin əsas iqtidardan getmə səbəbi olaraq görülə bilər. Post-Tramp dövründə adının tez-tez məhkəmə prosesslərində hallanması onun PR-a ciddi zədə idi. Bu məsələləri nəzərə alsaq əvvəlki Trump-X qarşıdurması sonuncu Türkiyə seçkilərində olan ideya ilə – “kim gəlir gəlsin əsas Trump iqtidardan getsin” fikri ilə – üst-üstə düşürdü. Beləcə, kifayət qədər ciddi propaqanda ilə birlikdə güclü partiyadan namizəd olan Bayden iqtidara gəlmişdi”.

Politoloq düşünür ki, amerikan seçiciləri “elit” deyillər:

“Baydenin öz iqtidarında yol verdiyi səhvlər barədə danışmaq istəmirəm. Çünki, amerikan seçicisi üçün ciddi siyasi addımlar – xarici və daxili siyasət – əhəmiyyətli deyil. Daha doğrusu onlar bunu analiz edib, uzun-uzun düşünəcək qədər “elit” deyillər. Amerikan seçicisi populist çıxışlarla aldadıla bilir. Bunu isə Trump yaxşı bacarır. Həmçinin, xalqın gözündə Bayden artıq “təqaüdə çıxma yaşı gəlmiş qoca” olaraq görülür. Bundan başqa, günümüzün siyasi faktı olan sağçılıqdakı proqressiv tendensiya qaçınılmaz olaraq seçkilərdə Demokratların əleyhinə işləyəcək. Bunun eynisini Avropada da müşahidə edə bilərik”.

Politoloq əlavə olaraq bildirib ki, bu məsələlər diqqətə alınsa, qarşımızdakı seçkilərdə Bayden üçün vəziyyətin ürəkaçan olmadığı aşkardır:

“Tramp başına gələn bu qədər qalmaqaldan sonra belə hələ də namizədlər arasında güclü bir mövqedədir. Beləcə, növbəti seçkilərdə onun qalib gəlmə şansı diqqətə layiq dərəcədə çoxdur. Son olaraq vurğulamaq istərdim ki,  300 illik ABŞ siyasi tarixi onu göstərir ki namizədlərdən və iqtidardan asılı olmayaraq  ABŞ-ın ümumi xarici siyasəti dəyişməzdir və dövlətin ali maraqlarını müdafiə edir. İstər Tramp, istər Bayden, istər Klinton, istərsə də başqası olsun, bugün Qəzza bombalanmalıdırsa, bombalanacaq, Ukranyaya yardım edilməlidirsə, ediləcək. İqtidarın dəyişməsi hətta daxili siyasəti belə köklü dəyişmir, çünki, ştatların öz azad idarəetmə sistemləri bunu əngəlləyir. Əlbəttə, bu dediklərimdə istisnalar da vardır”.

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla