AZ

Netanyahu Qətərdən HƏMAS-ı maliyyələşdirməyi istəyib - İlginc İDDİA

İsrail mətbuatının yazdığına görə, Baş nazir Benyamin Netanyahu Qətərdən 2018-ci ildə \"Həması maliyyələşdirməyi” istəyib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yediot Ahronot qəzetindəki xəbərdə Netanyahunun 2018-ci ildə Doha rəhbərliyinə \"gizli məktub” göndərdiyi bildirilib.
 
Yalnız bir neçə nəfərin gördüyü bildirilən məktubda Netanyahunun Qətərdən Qəzzaya aylıq 30 milyon dollar maliyyə yardımı etməsini istədiyi ifadə edilib.

Məktubda Netanyahunun HƏMAS-a veriləcək maliyyənin \"regional sabitliyi qoruyacağını və humanitar böhranın qarşısını alacağını” ifadə etdiyi vurğulanıb.

Xəbərdə Qətər rəsmilərinin əlavə təminat tələb etməsindən sonra ABŞ hökumətinin Netanyahunun təklifini qəbul etdiyi və Dohaya əlavə məktub göndərdiyi, \"Həması maliyyələşdirmənin terrorizmi maliyyələşdirdiyi hesab edilməyəcəyinə dair Qətərə zəmanət verdiyi” bildirilib.

Xəbərlə bağlı İsrail baş nazirliyindən hələlik heç bir açıqlama verilməyib.
 
Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla