AZ

Anama məktub

Mən bu hekayəni ana bətnində olan övladın dilindən yazıram.  

Biz valideynlərimizdən xahiş etməmişik ki, bizi dünyaya gətirsinlər.

(Müəllif )

Salam əziz anam mən sənin bətnində olan körpənəm. Sən elə zənn edirsən ki, sənin bətnində heç nəyi anlamıram. Səhvin var, ana, mən hər şeyi anlayır və görürəm. Anam, sən hələ mənim qız və ya oğlan olduğumu bilmirsən. Tezliklə öyrənəcəksən. Amma sənə bir söz deyim ki, bir neçə gündür  burda üzülürəm. Sən bunu hiss etmirsən. Çünki atamla aranda problemlərin var. Onsa görə də məni indidən unutmusan. Mən səndən incimirəm. Niyə üzüldüyümü isə deyəcəm.

Eşitdim ki, atam istəyir oğlu olsun. Həmin oğul ona arxa-dayaq olsun. Amma sən istəyirsən ki, qızın olsun. Onunla dərdini-sərini bölüşəsən, o da sənə dayaq durub rəfiqə olsun həyatda.

Hər gecə atam mənə "oğul balam", "kişi balam" deyəndə üzülürəm. Məni üzən təkcə atamın bu  sözləri deyil. Mənim gözəl anam, bir neçə gündür ki, sənin bətnindən dünyanı seyr edirəm. Dünyaya baxıb görürəm ki, insanlar bir-biriləri ilə necə davranırlar. Hər dəfə uşaqların öldüyünü, öldürüldüyünü və ya kimsəsizlər kimi atıldığını görürəm. Düzdür bunlar məni çox üzür. Amma ən çox üzən isə atamın məni sevməməsidir. Çünki sən hər dəfə məcburi məni atama sevdirirsən. Atam səni çox incidir. Amma sən bunlara mənə görə dözürsən.

Mən terrorun, müharibənin olduğu bir dünyada yaşamaq istəmirəm. Müharibə olmayan, insanların bir-birilərinə hörmət etdiyi, bir- birilərini sevdiyi və hər tərəfin yaşıl çəmənliklə bəzəndiyi, heyvanların öldürülmədiyi, uşaqların müharibə və terror qurbanı olmadığı, onların bu dünyaya gəlib kimsəsizlər kimi atılmadığı bir dünyada yaşamaq istəyirəm. İstəyirəm ki, atam səni də məni də əbədi olaraq sevsin.

Mən sizin sonradan səhv kimi qəbul etdiyiniz, "kaş səni dünyaya gətirməzdim" dediyiniz övlad olmaq istəmirəm. Mənə gözəl sevgi dolu sonsuz bir ailə və uşağların yaşıl çəmənlikdə heyvanlarla qaçıb oynadığı, onların atılmadığı bir dünya verə ilməyəəcəksənsə, daim üzüləcəyəmsə, o zaman, ana, səndən bir xahişim var: məni bu dünyaya gətirmə ana. Əgər baxmayacaqsansa, kimsəsizlər kimi atacaqsansa, məni bu dünyaya gətirmə, Anacan.  Mən səni çox istəyirəm.

Bətnindəki övladın.  

P.S. Bu hekayəni yazmaqla demək istəyirəm ki, hər  uşaq bu dünyada xoşbəxt olmağa layiqdir. Uşağı nə atmaq, nə öldürmək, nə də satmaq olmaz. Uşaq elə uşaqdır. Əgər bunları edəcəyiksə o zaman bu dünyaya övlad gətirməyək.  

Ənvər MƏMMƏDOV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla