AZ

Cengiz Ünder "Fənərbağça"dan gedir - İDDİA

"Fənərbağça"nın mövsümün əvvəlində 15 milyon avro qarşılığında "Marsel"dən transfer etdiyi Cengiz Ünder gözləntiləri doğrultmayaraq, tənqid hədəfinə çevrilib.

BAKU.WS Fotomaç-a istinadən xəbər verir ki, azarkeşlərin tez-tez tənqid etdiyi Cengiz Ünder yayda İtaliyaya qayıda bilər.

"Frozinone" 2017-2020-ci illər arasında "Roma"da çıxış edən 26 yaşlı futbolçunu gündəminə gətirmişdi.

İtalyan mediası "Frozinone" ilə yanaşı "Verona" və "Genua"nın da Cengiz Ünderi alternativ transfer siyahısına əlavə etdiyini iddia edib.

Qeyd edək ki, Cengiz Ünder daha əvvəl "Başakşehir", "Roma", "Lester Siti" və "Marsel" kimi klublarda forma geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla