AZ

Keçmi komitə sədri hakim qarşısına çıxarılır

Keçmi

Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovun məhkəməsi başlayır.

Reyting.az
Report-a istinadla xəbər verir ki, cinayət işinə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Xatırladaq ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR-in maliyyə naziri məsuliyyətə cəlb olunaraq həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
9
Mənbələr
Şərh ()
Bağla