AZ

Gəncədə “İnfiniti” sürüşüb üç maşını bir-birinə qatdı, piyada... - ANBAAN VİDEO

Gəncədə baş vermiş zəncirvari qəzanın görüntüsü anbaan müşahidə kamerasına düşüb. 
Avtosfer.az xəbər verir ki, hadisə mayın 5-i saat 17:30 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “İnfiniti FX35” markalı avtomobil park edilmiş “VAZ-2107” markalı maşına dəyərək ağaca çırpılıb. Zərbənin təsirindən “Mercedes”  və “VAZ-21099” markalı avtomobillər də qəzaya uğrayıb. Hadisə şahidlərinin iddiasına görə, əzaya səbəb sürücünün avtomobili yağışlı havada yüksək sürətlə sürməsi olub. Nəticədə o, idarəetməni itirərək ağır qəza törədib. Xoşbəxtlikdən yoldan keçən piyada son anda qəzadan qurtulub. Hadisə zamanı sürücü xəsarət alıb, dörd nəqliyyat vasitəsinə də maddi ziyan dəyib.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla