AZ

“Putin heyvanın ürəyini bıçaqla çıxarıb Berluskoniyə təklif edib” – Keçmiş senatordan maraqlı açıqlamalar

İtaliya Senatının keçmiş üzvü Fabrizio Ciccitto ölkənin ən böyük qəzetlərindən biri olan “Corriere della Sera” qəzetinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin ov edərkən iki cüyür öldürdüyünü, ölən heyvanın ürəyini bıçaqla şəxsən kəsərək Baş nazir Silvio Berluskoniyə yemək üçün təklif etdiyini deyib. Ciccitto İtaliya parlamentinin yuxarı palatasında Berluskoninin “Forza Italia” partiyasını təmsil edib.

Ciccittonun sözlərinə görə, keçmiş Baş nazir özü ona Putinin qəddarlığı barədə danışıb, o da Rusiya Prezidentinin insani keyfiyyətlərinə şübhə etməyə məcbur olub. Ciccitto, Berluskoninin ona dediklərindən sitat gətirir: "Vladimir mənə təsəvvür belə edə bilmədiyim qəddar bir xarakter göstərdi".

"Corriere della Sera" nəşrinə görə, hekayənin özü 2013-cü ildə Berluskoninin Rusiyada Putinin daçasında tətildə olduğu zaman baş verib.

“Putin ova getməyimizi təklif etdi, o, iki cüyür gördü və hər ikisini vurub dedi: “Bu gün sizə heyrətamiz yemək təklif edəcəyəm. O, əlinə bıçaq götürərək yamacdan aşağı düşüb heyvanlara yaxınlaşdı və sonra onların birinin ürəyini çıxarıb, onu müşayiət edən bir adamın verdiyi taxta nimçənin üzərinə qoydu... Qusdum”, - Ciccitto Berluskoninin sözlərindən sitat gətirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla