AZ

Ceyhun Sultanov: “Ayxanın "Turan Tovuz" dan getməyi düzgün olmaz”

“Ayxan Abbasovun "Turan Tovuzda" gördüyü iş çox yaxşıdır”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Premyer Liqanın XXXIII turunda “Turan Tovuz” – “Zirə” (1:2) matçından sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Ayxan Abbasovun klubdan getmək istəyi ilə bağlı fikirlərinə münasibət bildirib. Sultanovun sözlərinə görə, tovuzlular turnir cədvəlində lazımı pillədə olmasalar da, çalışdırıcı bu klub üçün böyük işlər görüb: “Məğlubiyyətdən sonra hər bir məşqçi emosiyalara qapılır. Fikrimcə, Ayxanın "Turan Tovuz" dan getməyi düzgün olmaz. O, çox yaxşı və savadlı məşqçidir. “Turan Tovuz” ailəsi bir az səbirli olmalıdır. Bir ilə komanda formalaşırsa, böyük nəticə gözləyə bilməzsən. Zamana ehtiyac var. Abbasova da səbirli olmasını tövsiyə edərdim. Düşünürəm ki gələcəkdə daha güclü komandaya çevriləcəklər”.

Qeyd edək ki, “Turan Tovuz” turnir cədvəlində 42 xalla 7-ci pillədə qərarlaşıb.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla