AZ

Azərbaycanla döyüşmək istəyirlərsə dəstələr yaratsınlar - Simonyan

Niyyətləri Azərbaycana qarşı hansısa addım atmaqdırsa, o zaman döyüşçü dəstələr yaratsınlar.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan arxiyepiskop Baqrat Qalstanyanın sərhələrin demarlasiyası prosesini dayandırmaq tələbi ilə keçirilən yürüş barədə mövqeyini açıqlayarkən deyib.

"Onlaırn niyyəti nədir, Azərbaycana hücum? Mən siyasətçiyəm, mən və vətəndaşlarımız siyasi təklif barədə eşitməmişik. Əgər Azərbaycana qarşı hansısa addım atmağı təklif edirlərsə, o zaman döyüşçü dəstələr yaratsınlar. Ermənistan birtərəfli güzəştə getmir, Ermənistan sərhədini müəyyənləşdirir və bu proses davam edəcək", - Simonyan qeyd edib.

Yürüş iştirakçılarının hakimiyyət dəyişmək niyyəti ilə bağlı fikri şərh edən spiker deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi yalnız 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə mümkündür. "Növbəti hökuməti ancaq seçki yolu ilə qurmaq olar”, - o bildirib.

Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın ümummilli itaətsizlik aksiyasına çevrilə biləcəyi ilə bağlı suala gəldikdə Simonyan deyib ki, heç nəyi istisna etmir: "Amma mən başa düşə bilmirəm ki, bu necə bir prosesdir?"

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla