AZ

Günəş kremləri bu xəstəlikləri yarada bilər - Həkim AÇIQLADI

Havaların isinməsi ilə günəş kremlərinə olan tələbat artıb. Lakin alıcıların əksəriyyəti günəş kremlərinin keyfiyyətinə və hansı şəraitdə satıldığına fikir vermirlər.

 

Bəs günəş kremlərini necə seçək lazımdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Lalə Əhmədova bildirib ki, mənşəyi bilinməyən kremlər sonradan dəridə sağalmaz xəstəliklər yarada bilər.

 

“Bu tip kremlər dəridə ləkələrin əmələ gəlməsinə, allergik reaksiyalara və üzdə çillərin çoxalmasına səbəb olur. Günəş kremi alan zaman tərkibinə, istehsal tarixinə və saxlanma şəraitinə xüsusi diqqət yetirmək lazımdır. Bundan əlavə, krem seçerkən dəri tipinə və yaşa uyğunluğu da müəyyən edilməlidir”.

 

Dermatoloq qeyd edib ki, günəş kremlərinin saxta və orijinal olduğunu ayırd etmək üçün bir neçə nüansa diqqət yetirmək lazımdır.

 

“Orijinal kremlərin içrisində onların haqqında məlumat vərəqi mövcud olur. Saxta kremlərdə isə həmin məlumat vərəqi olmur. Qiymət faktoru da kremin orijinal, yoxsa saxta olduğu barədə məlumat verir. Orijinal kremlərin qiyməti 5 və 30 manat arasında dəyişir”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla