AZ

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

Aprel ayında Rusiyadan mazut və nafta ixracı "Kpler" analitik şirkətinin 2017-ci ildə apardığı müşahidələr başlayandan bəri rekord həddə düşüb. 

Valyuta.az xəbər verir ki, bu barədə RBC "Kpler" şirkətinin məlumatlarına istinadən yazır.

Apreldə mazut ixracı illik ifadədə 24%, mart ayı ilə müqayisədə isə 11% azalaraq sutkada 815 min barel təşkil edib. Xaricə nafta tədarükü daha da azalıb - il ərzində 20% və əvvəlki ayla müqayisədə 15% azalaraq sutkada 322 min barel təşkil edib.

"Ukraynanın dron hücumlarından sonra təmir mövsümünün üst-üstə düşməsi və çatışmayan potensial Rusiya neft məhsullarının ixracı üçün ən zəif ay ilə nəticələndi", deyə "Kpler"in neft bazarının təhlilinin rəhbəri Viktor Katona bildirib. 

Azalma dizel yanacağı seqmentində davam edib, burada aprel ayında ixrac mart ayı ilə müqayisədə 23%, 2023-cü ilin aprelinə qədər isə 28% azalaraq sutkada 762 min barelə düşüb. Rusiya Federasiyasından ən böyük mazut idxalçıları Çin (gündə 135 min barel), Sinqapur, Misir və Türkiyə olaraq qalır. Rusiya əsasən Çinə (49 min barel), Sinqapura (45 min) və Braziliyaya (38 min) nafta tədarük edib.

İlin əvvəlindən Rusiyanın bir neçə neft emalı zavodu dronların hücumuna məruz qalıb. "Rosstat"ın məlumatına görə, mart ayında benzin istehsalı illik müqayisədə 7,9%, dizel istehsalı 5,7% azalıb. Ümumilikdə birinci rübdə mazut hasilatı 11,6%, nafta hasilatı 32,7% azalıb.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla