AZ

Aİ-nin Ukrayna qaçqınları məsələsini həll etməsi yeni böhrana səbəb ola bilər - Vyaçeslav Volodin

Avropa İttifaqı ölkələri qaçqınlardan “qutulmaq” niyyətindədir.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib. Onun sözlərinə görə, qaçqınlara dəstək vermək onların iqtisadiyyatına ziyan vurub.

Spiker AB-də çağırış yaşlı ukraynalıların vətənə göndərilməsi ilə bağlı spekulyasiyaların iğtişaşlara səbəb olacağını bildirib. Və qeyd edib ki, bu Avropada yeni miqrasiya böhranına səbəb ola bilər.

“Avropa İttifaqı ölkələrinə qaçan ukraynalıları səfərbər etmək kampaniyası uğursuzluğa düçar oldu. Ukraynalı qaçqınlar məsələsi Avropa üçün getdikcə daha təhlükəli olur, çünki bu, növbəti miqrasiya böhranına çevrilmək təhlükəsi yaradır", - deyə o, Telegram-da yazıb.

Volodin həmçinin, bildirib ki, buna görə Aİ rəhbərliyi heç nə etməməyin daha yaxşı olduğu vəziyyətinə düşüb.

“Və məsələ ilə bağlı istənilən qərar mənfi nəticələrlə doludur”, - deyə spiker qeyd edib.

Elnurə İSAXAN

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla