AZ

Cəmiyyətə təqdim olunan serialların hamısında... – Sosioloq

Günümüzün ən aktual mövzularından biri də gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasıdır. Lakin çox təəssüflər ki, son dövrlər əsasən də qızlarımızda mənfi hallarla üzləşirik. Görünən tərəf budur ki, əvvəllər oğlanlarımızda siqaretə, narkomaniyaya meyllik daha çox idisə, bu gün artıq qızlarımız da onlarla eyni cərgədə addımlayır. Buna meyllənmənin səbəbi nədir? Və bununla bağlı hansı tədbirlərin görülməsi mütləqdir?

Herbiand.az-ın mövzu ilə bağlı suallarını cavablandıran sosioloq Mail Yaqub bildirib ki, bu gün müşahidələrimiz çox təəssüflər, narkomaniyanın genişləndiyini daha çox göstərir:

“Bunun əsas səbəblərindən biri ətrafda olan mənasız mənzərələrin, televiziya verilişlərinin, sosial şəbəkədəki mənasız, tərbiyəsiz, əxlaqsız faktların çoxalmasıdır. İnsan psixologiyası belədir ki, o, nəyi müşahidə edirsə, o da həyatına sirayət edir. Əgər biz yaxşı şeylər müşahidə edəriksə, o zaman bizdə yaxşı vərdişlər yaranar. Pis şeylər müşahidə edəriksə, pis şeylərə adət edərik. Yəni müşahidələrimiz əsasında yaranmış vərdişlər həyatımızda formalaşır”.

Sosioloqun sözlərinə görə, burada əsas məsələ cəmiyyətdə pis vərdişlərin qarşısını almaqdır:

“Bunun üçün ilk növbədə pis vərdişlərin cəmiyyətdəki təzahürlərini aradan qaldırmalıyıq. Amma təəssüflər olsun ki biz, bunu müşahidə eləmirik. Səhərdən axşama qədər kanallarımızda bir-iki dövlət televiziya kanalı istisna olmaqla, özəl telekanalların demək olar ki, hamısında cəmiyyətə təqdim olunan serialların hamısında əxlaqsızlıq, xəyanət, aqressiya, dava, dalaş, konflikt nümayiş olunur. Bunu müşahidə edən gəncdən təbii ki, yaxşı nəsə ala bilmərik. Həmin gənc əlbəttə ki, pis vərdişlərə qurşana bilər. Bunun qarşısı almaq üçün ilk növbədə yaxşı adətləri, yaxşı vərdişləri özündə əks etdirən tədbirləri çoxaltmalıyıq. Maarifləndirmə işlərini gücləndirməliyik”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla