AZ

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Şotlandiya

London, 6 may, AZƏRTAC

Con Svinni Şotlandiya Milli Partiyasının yeni lideri seçilib.

AZƏRTAC xəbər verir ki, o, partiya liderliyinə yeganə namizəd olub. Con Svinni ötən həftə istefa verən Şotlandiya Milli Partiyasının lideri Hamza Yusifi əvəzləyəcək.

Milli partiyanın lideri seçilməyindən böyük şərəf duyduğunu deyən Con Svinni vurğulayıb ki, partiyasına və ölkəsinə xidmət etmək üçün əlindən gələni edəcək.

Onun yaxın günlərdə Şotlandiyanın növbəti birinci naziri olacağı gözlənilir. Bunun üçün parlamentin təsdiqini almaq lazımdır.

Şotlandiya Milli Partiyasının parlamentdə 63 deputatı var, bu isə 129 üzvün olduğu parlamentdə səs çoxluğu qazanmağa kifayət etmir. Bunun üçün ya digər partiyalardan olan deputatlar Con Svinniyə səs verməli, ya da səsvermədə bitərəf qalmalıdırlar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla