AZ

Mərkəzi Gömrük Hospitalının həkimləri “II Azərbaycan-Türkiyə Pediatriya Günləri” beynəlxalq konfransında iştirak ediblər 

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrları Təranə Göyüşova, Nigar Mirzəyeva və uşaq nevroloqu Mehriban Məmmədova 3-5 may 2024-cü il tarixlərində Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “II Azərbaycan-Türkiyə Pediatriya Günləri” beynəlxalq konfransında iştirak ediblər.

 

Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, konfransın əsas məqsədi uşaqlara göstərilən tibbi yardımın təşkilinin daha da yaxşılaşdırılmasına və təkmilləşdirililməsinə hərtərəfli töhfə vermək olub. Həmçinin konfransda xəstələliklərin qarşısının alınması, ölüm hallarının azaldılmasına dair tətbiq edilən müasir müalicə tədbirləri və klinik pediatriyanın digər aktual məsələləri müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla