AZ

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama:"Bəsdirin də, biz min dənə məktub yazırıq"

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının hallandığı 8 milyonluq dələduzluq işi ilə əlaqədar olduğu iddia edilən “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli məktub barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 

E.Axundova Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"

 

Qeyd: Məktubu "Musavat.com" saytı yayıb.

Tarix: 6 May 2024, 16:24   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
13
Mənbələr
Şərh ()
Bağla