AZ

ADNSU-da Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konfrans

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə Həmrəylik ili” və COP29 çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı öz işinə başlayıb.

 

AzEdu.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. Azərbaycn Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş olunub. Konfransda açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq Ulu Öndər Heydər Əliyevin 101 illiyi ərəfəsində görülən işlərdən danışıb, xüsusilə də “Yaşıl dünya naminə Həmrəylik ili” və COP29 çərçivəsində belə bir elmi konfransın keçirilməsinin gənc tədqiqatçılar və doktorantlar üçün əhəmiyyətini qeyd edib. Ulu Öndərin Azərbaycan xalqına, Azərbaycançılıq ideologiyasına və Azərbaycan gəncliyinə göstərdiyi misilsiz
xidmətlərindən danışan dosent V.Əskərov bu gün də bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

 

Türk dövlətləri təşkilatının ağsaqqallar şurasının üzvü, dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov konfransda iştirakdan məmnun olduğunu deyib və Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və milləti qarşısındakı əvəzsiz xidmətlərindən danışıb və onunla bağlı xatirələrini bölüşüb. Sonra ADSNU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və Doktorantura şöbəsinin müdiri, dosent Zülfüqar İbrahimli konfransın elmi  əhəmiyyətindən, elmin, təhsilin mühüm rolundan danışıb, bu sahədə yüksək nəticələr əldə olunmasının əhəmiyyətini vurğulayıblar. Konfrans bölmə iclasları ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
Mənbələr
Şərh ()
Bağla