AZ

Azərbaycanın Xalq artisti Britaniya kralı ilə GÖRÜŞDÜ – FOTO 

Xalq artisti Yusif Eyvazov Böyük Britaniya kralı III Çarlzla bir araya gəlib. 

Bizim.Media xəbər verir ki, onların görüşü Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. 

Bu görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də yer alıb. Onlar bərabər atların yarışına tamaşa ediblər. Y.Eyvazov orada keçirilən tədbirdə çıxış etdiyini vurğulayıb: 
“Azərbaycan Atçılıq Federasiyası tanınmış Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bəstələdiyi “Koroğlu” operasından ilhamlanaraq valehedici tamaşa nümayiş etdirdi. “Royal Windsor Horse Show” üçün xüsusi olaraq xoreoqrafiya edilmiş Azərbaycan komandasının çıxışından xoş təəssürat alan Kral III Çarlzla şəxsən görüşmək şərəf idi. Şouda 21 at və 60-dan çox rəqqasın heyranedici nümayişi olundu”. 










Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla