AZ

Qəzzada son durum - Ölənlərin sayı artır -

Qəzzada həlak olanların yeni sayı açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 5 qırğın törətdiyi, hücumlarda daha 52 fələstinlinin həyatını itirdiyi, 90 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada, İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 34 min 735-ə, yaralıların sayının isə 78 min 108-ə yüksəldiyi qeyd olunub.


Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.



Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
2
Mənbələr
Şərh ()
Bağla