AZ

Ortodontiyanın təməl biliklərinə dair dərslik işıq üzü görüb 

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin elmi bazasına daha bir dərslik əlavə olundu.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Ortodontiya kafedrasının müdiri dosent Ramidə Şadlinskayanın müəllifliyi ilə Azərbaycan dilində işıq üzü görən “Ortodontiya: təməl biliklər” adlı dərslik ortodontiya fənninin tədris proqramına uyğun olaraq hazırlanıb.

 

Dərslikdə ortodontiyanın əsasları, fənnin inkişaf tarixi, üz-çənə nahiyəsinin böyüməsi və inkişafının prinsipləri, ortodontik diaqnostik üsullar (antropometrik, radioloji, funksional, fotometrik, rəqəmsal tədqiqatlar), müxtəlif növ ortodontik cihazlar və onların tətbiqi ətraflı şəkildə təsvir edilib, biomexanikanın əsasları, eləcə də dişlərin yerdəyişməsinin bioloji prinsipləri verilib.

 

Kitabdan ali tibb təhsili müəssisələrinin stomatologiya fakültəsinin tələbələri ilə yanaşı, rezidentlər və praktik həkimlər də yararlana bilər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla