AZ

3 metr 80 santimetr uzunluğunda çörək hazırlandı - FOTO

Türkiyədə Sivasın Zara rayonunda çörəkçi 3 metr 80 santimetr uzunluğunda çörək hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, çörək sexi işlədən 50 yaşlı Ərdoğan Çiçək 3 metr 80 santimetr uzunluğunda çörək bişirib.

O, çörəyi 6 saatlıq hazırlıqdan sonra etdiyini bildirib.

"Daha əvvəl 1 metr 90 santimetr uzunluğunda çörək hazırlamışdım. Daha böyük edə biləcəyim üçün özümü sınamaq istədim və etdim. Özümə güvənirəm. Bu sahədə mütəxəssisəm”, əlavə edib.

Çörək bişirməyə 1989-cu ildə başladığını ifadə edən Çiçək bildirib:

"Bişirdiyim çörək ən az 10 gün təzə qalır. Təxminən 130 ədəd tək çörəyin inqrediyentləri xərclənib”.Bakupost.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla