Smartfonlara maraq günü-gündən artır. Bunu təkcə müşahidələr deyil, hesabatlar da göstərir.

İndex.az xəbər verir ki, bu gün 2023-2024 smartfon bazarı hesabatını açıqlayan “CounterPoint”, smartfon bazarının keçən ilə nisbətən 6% artdığını açıqladı.

“Counterpoint”, “Samsung”un 2024-cü ilin ilk rübündə tədarük payında yüzdə 20 ilə zirvədə olduğunu açıqladı.

2023-cü ildən bu yana ilk dəfə 2023-cü ilin son rübündə rəqibini üstələyən “Apple”, 2024-cü ilin ilk rübündə 17 faizlik tədarük payı ilə rəqibindən geri qaldı. “Apple”i 14 faizlə “Xiaomi”, 8 faizlə “Oppo” və 7 faizlə “Vivo” izləyib.