AZ

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

Bakı, 6 may, AZƏRTAC

Qazaxıstanın Kokşetau şəhərində Şaxmet Xusainov adına Akmola Vilayət Qazax Musiqili və Dram Teatrında Qazaxıstanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq Saken Junusovun 90 illik yubileyinə həsr olunmuş “SALEM” II Beynəlxalq Komediya Tamaşaları Festivalı keçirilib. fFstival çərçivəsində Kokşetau tamaşaçıları teatr səhnəsində Qazaxıstan, Azərbaycan və Türkiyənin aparıcı teatrlarının ifasında tanınmış dramaturqların əsərlərindən ibarət tamaşaları seyr ediblər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda Dövlət Pantomim Teatrı Xalq artisti Bəxtiyar Xanızadə və aktyor Bəhruz Əhmədlinin quruluşunda "Son Ştrix“ tamaşası ilə təmsil olunub.

Tamaşa Qazaxıstan teatrsevərlərinin yüksək rəğbətini qazanaraq münsiflər heyətinin qərarı ilə "Ən yaxşı pantomima tamaşası” nominasiyası və xüsusi pul mükafatına layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla