AZ

Makronun əsgərləri Ukraynada: "Putinin reaksiyasını öyrənirlər" - Açıqlama

“Onlar Ukraynaya gələn ilk xarici hərbçilər deyil. Göndərilən texnikayla bərabər, Fransanın mütəxəssis və hərbçiləri 2022-ci ilin yay aylarından Ukraynada var. Bu isə növbəti bir mərhələdir”.




Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Azad İsazadə Fransanın Ukraynaya 100 nəfərdən ibarət hərbi heyət göndərməsi haqda danışarkən deyib.

O qeyd edib ki, burada məqsəd müharibə təcrübəsi olmayan hərbçilərin orada vəziyyəti öyrənməsidir:

"Sonra isə onlar tədricən çoxala, azala və ya ümumiyyətlə, çıxıb gedə bilərlər. Bununla onlar həm də Rusiyanın reaksiyasını öyrənirlər".

Ekspert qeyd edib ki, Fransadan gələnlər xarici legionun hərbçiləridir:

"Xaricdən gələn könüllülər orda xidmət edir. Hətta həmin legionun baş komandanı Fransada yaşayan ukraynalıdır”.

Ekspertin sözlərinə görə, Vətən müharibəsi zamanı Ermənistan ərazisində də bu cür hərbçilər var idi:

“44 günlük Vətən müharibəsi zamanı Ermənistan ərazisində 50 nəfərə yaxın keçmiş bodilər dəstəsinin nümayəndələri var idi. Onlar vəziyyətə baxdılar. Bizim reaksiyamız kəskin oldu. Həm də gördülər, müharibə çox ciddi şəraitdə gedir, itkiləri çox olacaq. Ona görə də yavaş-yavaş geri çəkildilər”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla