AZ

Rusların əksəriyyəti Putinə inanır..?

...Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Vladimir Putinin Rusiya Federasiyasının prezidenti kimi fəaliyyəti ilə bağlı rusiyalılar arasında keçirdiyi sorğunun nəticələrini dərc edib.

Sosioloqlar müəyyən ediblər ki, insanlar dövlət başçısını ilk növbədə sabitlik və iqtisadi artımla əlaqələndirirlər.

Bununla belə, ruslar hələ də yalnız iqtisadiyyatda irəliləyiş gözləyir və əmin olduqlarını bildirirlər ki, Putinin ölkəyə bu sahədə uğur qazanmasına kömək edəcək ciddi planı var.

O da qeyd olunur ki, son 2 ildə, yəni Ukrayna ərazisində hərbi əməliyyatlar fonunda prezidentə dəstək durmadan artıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2024-cü ilin əvvəlinə Putinin reytinqi 81 faizsəviyyəsində qalıb. Rusiya vətəndaşlarının əksəriyyəti hələ də hazırkı prezidentin ölkə prezidenti postuna ən uyğun olduğuna inanırlar.

2022-ci ilin yanvar ayında bu rəqəmlər 71 faiz ətrafında idi. Rusiyalıların 79 faiziölkənin hazırkı liderinin Rusiya Federasiyasının konstruktiv inkişafını təmin etməyə qadir olduğuna inanır, 80 faiziisə Putinin dövründə sabitliyin çiçəklənəcəyinə əmindir.

Üstəlik, rusların 76 faizi isəölkənin dəqiq necə idarə olunmasını yalnız Vladimir Putinin aydın bildiyini bəyan ediblər.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla