AZ

“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli baş verənləri Azərbaycanın uğuru kimi dəyərləndirib:

 

“Təbii ki, Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi ölkəmizin tarixi nailiyyətidir.

 

Baxın, bu gün Rusiya dünyanın bir çox ölkəsi ilə siyasi-diplomatik müstəvidə gərginlik yaşayır. Ukraynadakı müharibə göz önündədir. Bir sıra ölkələr də Rusiya tərəfindən təhdid olunur. Belə olan halda Rusiya sülhməramlılarının qarşılıqlı razılıq əsasında ölkəmizi tərk etməsi ciddi uğurdur.

 

Rusiya kimi bri dövlətlə hansısa məsələdə xoşluqla ayrılmağın özü siyasi məharət tələb edir və yüksək qiymətləndirilməlidir”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla