AZ

Hollandiyanın Litvada hərbi mövcudluğunu uzadacağı müddət açıqlanıb

Hollandiya NATO-nun “Rusiyanın qarşısının alınması” proqramı çərçivəsində Litvada hərbi mövcudluğunu genişləndirmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib.

Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: "Hollandiya Rusiyanı çəkindirmək üçün 2026-cı ilin sonuna qədər Litvaya hərbi personal göndərməyə davam edəcək".

Sənəddə NATO-nun Şərqi Avropada mövcudluğunu gücləndirmək missiyasında iştirak edən holland əsgərlərinin sayının maksimum səviyyədə qaldığı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla