AZ

Xose Raul Mulino Panama prezidenti seçilib...

...Ölkənin Seçki Tribunalının saytında yer alan məlumatlara görə, “Məqsədlərə nail olmaq” partiyasının namizədi Xose Raul Mulino 98,57 faiz səs toplayaraq Panamanın yeni prezidenti olub.

SİA-nın əldə etdiyi məlumata görə, seçicilərin 34 faizi ona səs verib, yəni 769 mindən çox Panama vətəndaşı...

İkinci yerdə seçicilərin 24 faizdən çoxsəs qazanan Rikardo Lombanodur.

Qeyd edək ki, bundan əvvəl ölkə prezidenti postunu Laurentino Kortizo tutub. O, 2019-cu ildə seçilmişdi.

Mulino 1993-1994-cü illərdə Panama Xarici İşlər Nazirliyinə rəhbərlik edib. 2009-2010-cu illərdə hökumət və ədliyyə naziri, 2010-2014-cü illərdə isə ictimai təhlükəsizlik naziri vəzifələrində çalışıb.

2019-cu ildə siyasətçi Demokratik Dəyişiklik Partiyasından prezident seçkilərində iştirak edib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla