AZ

Oğuzda 10, Sabirabadda 50 hektar meşə fond torpaqlarını şumlatdıran Rauf Məmmədovun arxasında kimlər durur - İLGİNC FAKTLAR

“Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.
Ümummilli lider Heydər Əliyev

Mayın 1-də “İbarhim Nehrəmlinin Oğuzda törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı” araşdırma məqalə yayıldıqdan sonra Oğuz rayonun Mollalı kənd sakini Məmmədov Rauf Qabil oğlunun daha bir rayonda da meşa fonduna aid torpaqları şumlatdığı barədə məlumat aldıq.

Qeyd edək ki, söhbət aprelin 27-də gecə saatlarında Mollalı kəndin yaxınlığındakı açıq meşə ərazisinin 10 hektar sahəsində, martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz tinglərinin hamısını traktor və digər texnikaların köməyilə şum edilərək yerinə qarğıdalı səpilməsindən gedir. Və o da məlum olmuşdur ki, gecə yarisi baş vermiş bu hadisəni törədən elə həmin kəndin sakini, özünü sahibkar hesab edən Məmmədov Rauf Qabil oğlu olmuşdur.


Biz mətbu orqan olaraq dövlət vəsaitləri hesabına sözügedən ərazidə salınmış qoz bağının kürünərək məhv edilməsi cinayətinə dərhal hüquqi qiymətin verilməsi üçün aidiyyatı yuxarı orqanlara müraciətlər etdik. Bundan sonra Rauf arxalandığı Hacı İbrahim Nehrəmlidən nə təlimat alıbsa, indi də düşüb Mollalı kəndinin canına, təcili olaraq xalqla görüşlər keçirərək təbliğat kampaniyasına başlayıb. Hələlik dəqiq məlumat yoxdur ki, bu adam deputat olmaq üçün, yoxsa sahibkarlığın müdafiəsi üçün xalqın gücündən istifadə etmək istəyir? Amma bu arada etiraf edib ki, əkilən sahə bütövlükdə 10 ha-dan bir az azdır və hamısı ona məxsus deyil. Qalan hissə Hacı İbrahim Nehrəmliyə məxsusdur. Guya bu adamın sahibkar kimi məhv etdiyi qoz bağının müəyyən hissəsi ona məxsus imiş. Adam hesab edir ki, belə də olmalı imiş. Axı sən evinin həyətindəki torpağı son 3 ilə qədər əkib-becərməyə maddi imkanların olmayıb, qaldı meşə ərazisində hektarlarla sahədə şumlama, kultivasiya və səpin işlərini icra etmək. Hələ bu harasıdırır? Son əldə etdiyimiz məlumata görə Rauf Məmmədov Sabirabad rayonun Cavad kəndi və Salmanlı kəndləri ərazilərində də 50 ha yulğan ağacları olan meşə ərazisini də bu ilin mart ayında tamamilə məhv edərək yerinə qarğıdalı bitkisi əkdirmişdir. Hansı ki, yulğan ağac kolu olub boyu 6 m-ə çatır Və adı qorunması üçün “Qırmızı kitab”a düşmüşdür. Çox təəssüflər olsun ki, bütün bu ekoloji cinayətlər ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi rəhbərliyinin gözləri qarşısında baş vermişdir. Bu fakt da bir daha sübut edir ki, Oğuz rayonun Mollalı kəndinin kasıb sakinlərindən biri kimi tanınan Rauf Hacı İbrahimin vaxtilə Beynəlxalq Bankdan “Xəzər adaları” layihəsi adı altında götürdüyü 800 milyon manat kreditlərin hesabına bu gün yaxın və uzaq regionlardakı meşə fondu ərazilərində qarğıdalı biznesinə girişmişdir.

Redaksiyadan- Sabirabad rayonunda məhv edilən 50 ha yulğun meşəsi barədə ETSN rəhbərliyinə qısa xatırlatma:
Mütəxəssislərin söylədiyinə görə, yulğun bitkisi torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın saflaşmasına xidmət edir və canlıların yaşaması üçün şərait yaradır. Yulğun kollarının ekoloji cəhətdən digər üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil artırır, ətraf mühitə gözəllik gətirirlər. Quşlar, əsasən də qırqovul çoxalma dövründə bu bitkinin sıx yarpaqlarının arasında gizlənə bilir və vəhşi heyvanlardan mühafizə olunur.


Yulğun bitkisi suya, quraqlıq və şoranlıq yerlərə davamlı olduğu üçün təbiətdə yaşıllaşdırmada geniş istifadə olunur. Mütəxəssislərin fikrincə, yulğunun insan orqanizminə faydası olduqca böyükdür. Yulğun insanlar üçün mualicəvi dərman bitkisi kimi də çox böyük əhəmiyyətə malikdir. Ağ ciyərin müalicəsində yulğun bitkisindən istifadə edilir. Xüsusilə onu üzərlik kimi yandırıb, tüstüsünü udmaqla tənəffüs yollarının açılmasında xeyirlidir.


Yulğun bol oksigen verməklə yanaşı, həm də torpağı münbitləşdirir. Mütəxəssislər hesab edirlər ki, yulğunun kəsilməsinə görə cərimələrin tətbiq olunmasına baxmayaraq, bu sahədə boşluqlar vardır. Ana təbiətin bəxş etdiyi bu neməti qorumaq lazımdır ki, gələcək nəsillərə ötürə bilək.


Yulğun adi koldur deyildir ki, onu kəsəsən. Yulğun ağac kolu “Qırmızı kitab”a düşüb.


Təbiətə qənim kəsilənlər “100 il ibadət etməkdənsə, 5-10 ağac böyütmək daha savabdır” zərb-məsəlini unutmuşlar.


 Unudulmamalıdır ki, yaşıllıq, meşələr, ağaclar təbiətin ağ ciyəridir. Meşələr təmiz havası, oksigen zənginliyi ilə uşaqdan titmuş böyüyədək hər kəsin rahatlıq və sərbəstlik məkanı sayılır. İnsan sağlamlığı üçün ən zəruri amillərdəndir. Təbiətə qəsd, Vətənə qəsddir.

Yadda saxlayaq ki, sivilizasiyalı yerlərdə sərt qanunlar mövcuddur. Norveçdə bir ağac kəsəni üç ağac əkməyə məcbur edirlər. İcazəsiz bir balıq tutandan on balıq yetişdirmək üçün şərait yaratmağı tələb edirlər. Baltik dənizinə bir boş şüşə qab və ya konserv bankası tullayan turisti o saat öz ölkəsinə geri qaytarırlar.

Aktualinfo.org

P.S. Biz, redaksiya olaraq hazırda ETSN rəhbərliyinin Oğuzun Mollalı kəndi yaxınlığında 10 ha qoz bağının vəhşicəsinə məhv edilməsinə rəsmi aydınlıq gətirməsini gözləyirik. Eləcə də, Sabirabad rayonunda adı “Qırmızı kitab”a dşən 50 ha yulğun meşəsinin də Oğuzda oluğu kimi vəhcicəsinə Rauf Məmmədov tərəfindən məhv edilməsi və yerinə qarğıdalı səpilməsi cinayətinə də aydınlıq gətirməsini istəyirik. Bir neçə gündən sonra Oğuzda və Sabirabadda baş verimiş cinayət yerlərindən xüsusi reportajlarımızı dəyərli oxucularımıza təqdim edəcəyik. Baxmayaraq ki, ETSN rəhbərliyi hazırda bizə məlum olmayan səbəblərdən baş vermiş ekoloji cinayətlərin yerində araşdırılmasına deyil, ört-basdır edilməsinə saxta sənəd-sünəd düzəltməklə çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
14
Mənbələr
Şərh ()
Bağla